Azərbaycandan Gürcüstana yanacaq qazının ixracı 13% azalıb

Azərbaycandan Gürcüstana yanacaq qazının ixracı 13% azalıb
# 26 mart 2015 10:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 67 399,3 min ABŞ dolları dəyərində 319 854,5 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından da 13,2% azalıb.

Bu ilin iki ayında Gürcüstan Azərbaycandan 17 046,7 min dollar dəyərində 35 317,0 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% çoxdur. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 36,7% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 66,9%-i yanacaq qazı və digər qazlar, 17,0%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 100 698,0 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 15,0% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR