“Tədris proqramlarının keyfiyyətinin təminatı üzrə sənədləşmə” layihəsinin final konfransı keçirilib - FOTO

“Tədris proqramlarının keyfiyyətinin təminatı üzrə sənədləşmə” layihəsinin final konfransı keçirilib - <span style="color: red;">FOTO
# 04 may 2015 11:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Qırğızıstanın Jusup Balasaqın adına Qırğız Milli Universitetində “Tədris proqramlarının keyfiyyətinin təminatı üzrə sənədləşmə - DOQUP” layihəsinin final konfransı keçirilib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda BDU-nu Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib. Tədbirdə partnyor ölkələrin Təhsil Nazirliklərinin, "Erasmus plus" ofislərinin nümayəndələri, Özbəkistan və Türkmənistan universitetlərindən təmsilçilər iştirak edib.

Tədbirin əsas məqsədi layihənin nəticələrinin yayılması, tədris proqramlarının keyfiyyətinin təmin edilməsi üzrə online sistemin tətbiqi istiqamətində aparılan işlərin müzakirəsi və layihə nəticələrinin davamlılığını təmin etmək məqsədilə qətnamənin qəbul edilməsindən ibarət olub.

Konfransda layihənin koordinatoru, Genuya Universitetinin professoru Alfredo Skvarzoni təqdimatla çıxış edib. Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın təhsil nazirliklərinin nümayəndələri DOQUP layihəsinin Bolonya prosesinə inteqrasiyası üçün əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, Azərbaycan 2005-ci ilin may ayında Bolonya Bəyannaməsini imzalamaqla Avropa təhsil məkanına daxil olub. 2011-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti, Qafqaz Universiteti və Odlar Yurdu Universiteti İtaliyanın Genoa Universitetinin koordinatorluq etdiyi TEMPUS “Tədris Proqramlarının Keyfiyyətinin Təmin Edilməsi üzrə Sənədləşmə” - DOQUP layihəsinə qoşulub.

BDU həmin layihədə Azərbaycan üzrə milli koordinatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR