Məhkəmə Eldəniz Quliyevin şikayətini təmin etməyib

Məhkəmə Eldəniz Quliyevin şikayətini təmin etməyib
# 03 mart 2015 14:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin kassasiya şikayətinə baxılıb.

E. Quliyevin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Bundan sonra R. Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə R. Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə E. Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunmalı və 1000 manat cərimələnməlidir. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.

Hökmdən narazı qalan E. Quliyev isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclası zamanı E. Quliyevin vəkili Elçin Sadıqov çıxış edərək ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyib. Vəkil bildirib ki, ilkin baxış iclası zamanı məhkəmənin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə bunu təmin etmədiyindən Ali Məhkəməyə müraciət ediblər. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bu gün Ali Məhkəmədə həmin kassasiya şikayətinə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR