Devid Kemeron üçüncü dəfə baş nazir postuna namizədliyini irəli sürməyəcək

Devid Kemeron üçüncü dəfə baş nazir postuna namizədliyini irəli sürməyəcək
# 23 mart 2015 21:35 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron üçüncü dəfə baş nazir postuna namizədliyini irəli sürməyəcək.

APA-nın məlumatına görə, bu barədə D.Kemeron BBC-yə müsahibəsində bildirib.

“Bildirdiyim kimi, ikinci müddətə namizədliyimi irəli sürəcəm. Düşünürəm ki, sonra yeni liderlərin vaxtı yetişəcək”, deyə baş nazir bildirib.

D.Kemeron mümkün varisləri siyahısına Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey, maliyyə naziri Corc Osborn və London meri Boris Consonu daxil edib.

Xatırladaq ki, mayın 7-də Böyük Britaniyada ümumi seçkilər keçiriləcək. Devid Kemeron isə 2010-cu il, mayın 11-dən Böyük Britaniyanın baş naziri postunu tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR