Yaqub Eyyubov Kuala Lumpurda keçirilən 11-ci Dünya İqtisadi Forumunda iştirak edib

Yaqub Eyyubov Kuala Lumpurda keçirilən 11-ci Dünya İqtisadi Forumunda iştirak edib
# 04 noyabr 2015 09:48 (UTC +04:00)

Bakı.Türbət Bağırova-APA. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 11-ci Dünya İslam İqtisadi Forumunda iştirakı çərçivəsində Malayziyanın baş naziri Nəcib Razakla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Malayziyanın Azərbaycandakı səfirliyinin “twitter” səhifəsində məlumat yerləşdirilib.

Forumun açılışı zamanı Yaqub Eyyubov nitqlə çıxış edib.

Qeyd edək ki, müsəlman dünyasında iqtisadiyyatın əsasını təşkil edən kiçik və orta biznesin inkişafı, habelə qadınlar üçün hüquq və imkanların artırılması 11-ci Dünya İslam İqtisadi Forumunun mərkəzində duran mövzular olacaq.

Xatırladaq ki, ötən ilki forum Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib.

Forum noyabrın 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR