Bilik Fondu Lənkəranda mühazirə təşkil edib

Bilik Fondu Lənkəranda mühazirə təşkil edib
# 09 aprel 2015 11:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Filologiya üzrə fəlsəfə doktoru, şair Mehman Qaraxanoğlu Bilik Fondunun xətti ilə Lənkəran Dövlət Humanitar Kollecində “Ədəbi-bədii mətnlərimizdə milli-dövlətçilik təliminin – azərbaycançılıq məfkurəsinin təcəssümü” (“Kitabi-Dədə Qorqud” dastanı kontekstində) mövzusunda mühazirə oxuyub.

Fonddan APA-ya verilən məlumata görə, mühazirədə kollecin 100-dən çox müəllim və tələbəsi ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Daha çox diskussiya şəklində qurulan mühazirədə tələbələrin də fəal iştirakı təmin olunub. Mühazirəçi şifahi və yazılı maddi-mədəniyyət abidələrimizdə azərbaycançılıq ideologiyasının təşəkkülü, inkişafı tempini ədəbi-bədii faktlar əsasında göstərib.

Kollecin tələbələri Talış xalq nağılı “İçəşə Div” (“Təkgöz Div”) və “Kitabi-Dədə Qorqud” dastanının “Basat” boyunu bədii qiraətlə oxuyublar. Məruzəçi tələbələrə hər iki mətnin oxşar və fərqli cəhətləri barədə məlumat verib.

Fonddan bildiriblər ki, mühazirə ““Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Haynrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan prezidentinin sərəncamından irəli gələn tələblərə əsasən təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR