Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir”

Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir”
# 03 iyun 2016 14:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu gün Türkiyənin baş naziri Azərbaycana rəsmi səfərə gəlib, bu səfər iki ölkə arasında münasibətlərin inkişafı üçün önəmlidir. Əminəm ki, Türkiyə hökuməti əlaqələrin inkişafı üçün bizimlə birgə çalışacaq”.


APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşdən sonra mətbuat üçün verilən birgə bəyanatda Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, bu gün iki ölkə əlaqələri ən yüksək səviyyədədir: “Bu il 3 dəfə Türkiyəyə səfər etmişəm, qarşılıqlı səfərlər də nəzərə alınanda, ümumilikdə 5 yüksək səviyyəli görüş keçirilib. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas qrupu yaradılıb. Bu qərarın qəbul olunmasında Türkiyənin böyük rolu olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR