Dövlət Departamenti: Bu gün Vyanada 15 dövlət Suriyadakı vəziyyəti müzakirə edəcək

Dövlət Departamenti: Bu gün Vyanada 15 dövlət Suriyadakı vəziyyəti müzakirə edəcək
# 30 oktyabr 2015 03:59 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Görüşdə Aİ nümayəndələri də daxil olmaqla 15-dək ölkənin iştirak edəcəyi gözlənilir”, deyə Kirbi bildirib.

Qeyd edək ki, Vyanada ötən gün Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanın XİN rəhbərləri və ABŞ-ın dövlət katibinin görüşü keçirilib.

Oktyabrın 30-da qeyd olunan “dördlüyə” daha bir neçə dövlətin XİN rəhbərlərinin qoşulacağı gözlənilir. Onların arasında Misir, İran, İraq və Livanın da olacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR