Britaniya Lordlar Palatasında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” mövzusunda tədbir keçirilib - FOTO

Britaniya Lordlar Palatasında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 13 mart 2015 14:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Lordlar Palatasının üzvləri, Britaniyanın enerji və iqlim dəyişmələri naziri, BP və SOCAR-ın nümayəndələri, Azərbaycanın Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Lord Richard Rizbi “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” tədbirinin gözəl ənənəyə çevrildiyini qeyd edərək bildirib ki, bu çərçivədə qarşılıqlı səfərlərin təşkili ölkələr arasında dostluq münasibətlərinə müsbət töhfə verir. Bakıda keçiriləcək ilk Avropa oyunlarına diqqət çəkən natiq bu tarixi hadisəni Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib və bu oyunların yüksək səviyyədə baş tutacağına əminliyini ifadə edib.

SOCAR-ın vitse prezidenti Rəfiqə Hüseynzadə SOCAR - BP münasibətlərinin tarixindən, iki şirkətin qarşılıqlı etimad üzərində qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. R. Hüseynzadə Azərbaycanın bütün sahələrdə olduğu kimi neft sənayesi sahəsində də əldə etdiyi uğurlardan söz açıb, ölkəmizin həyata keçirdiyi qlobal layihələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Eyni zamanda regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və qlobal əhəmiyyət daşıyan TANAP və TAP layihələri haqqında məlumat verən R. Hüseynzadə, yaxın günlərdə Türkiyədə layihənin təməlqoyma mərasiminin keçiriləcəyini qeyd edib.

BP-nin vitse-prezidenti Yan Sazerland də BP - SOCAR əməkdaşlığının ölkələr arasında dostluq münasibətlərinə müsbət təsirindən danışıb, şirkətlər arasında mövcud münasibətlərin perspektivinə və səmərəli əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib. Tədbir ziyafətlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR