Paşha Bank
Bank Of Baku

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı liseydə yanğın olub

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı liseydə yanğın olub
# 27 mart 2019 11:58 (UTC +04:00)

Sumqayıtda peşə liseyində yanğın baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin 42-ci məhəlləsində yerləşən 10 nömrəli Sumqayıt Peşə Liseyinin birinci mərtəbəsində yanğın olub. Sahəsi 35 kv.m. olan 1 otağın içərisində taxta tullantıları 5 kvadratmetr sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, həmin liseyin bir hissəsində məcburi köçkünlər məskunlaşıb.  Artıq onların yeni mənzillərə köçürülməsinə başlanılıb.

Ramil Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR