Azərbaycanda seçkiləri müşahidə edəcək MDB Parlamentlərarası missiyasının rəhbəri məlum olub

Azərbaycanda seçkiləri müşahidə edəcək MDB Parlamentlərarası missiyasının rəhbəri məlum olub
# 01 oktyabr 2015 15:39 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə Leonid Slutski özü məlumat verib.

Avropa parlamentinin Azərbaycanla bağlı qətnaməsini şərh edən L. Slutski bildirib ki, Avropanı Azərbaycandakı hakimiyyət qane etmir: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etməməsi ilə bağlı qərarı və Avropa Parlamentinin qətnaməsi əvvəlcədən düşünülmüşdü. Məqsəd noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində Avropa siyasi məkanında Azərbaycanın obrazını destabilləşdirməkdir. Azərbaycan cəmiyyətinin prezident İlham Əliyevin siyasi xəttini dəstəkləməsi o qədər aydındır ki, seçkilər öncəsi Avropada Azərbaycanın real obrazını korlamaq üçün edilən cəhdlər uğursuzluğa məhkumdur. Mən 1 noyabr seçkilərində MDB parlamentlərarası müşahidə missiyasına rəhbərlik edəcəyəm. Əminəm ki, müxtəlif beynəlxalq təşkilatlardan olan müşahidəçilər obyektiv nəticəyə gələcəklər. Ən böyük obyektiv seçimi isə Azərbaycan xalqı edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR