Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində "Belarus” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 2,5 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yanğından traktor mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.