Azərbaycan prezidenti Biləsuvarda yol tikintisinə 2,1 milyon manat ayırıb

Azərbaycan prezidenti Biləsuvarda yol tikintisinə 2,1 milyon manat ayırıb
# 16 iyun 2016 16:24 (UTC +04:00)

Bakı –APA. Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR