AÇ-də Polşa-Portuqaliya oyunu öncəsi İstanbuldakı terror aktı qurbanlarının xatirəsi anılıb

AÇ-də Polşa-Portuqaliya oyunu öncəsi İstanbuldakı terror aktı qurbanlarının xatirəsi anılıb
# 30 iyun 2016 23:00 (UTC +04:00)

Bakı-APA. Futbol üzrə Avropa Çempionatının 1/4 mərhələsi çərçivəsində keçirilən Polşa-Portuqaliya oyunu öncəsi Türkiyənin Atatürk Beynəlxalq hava limanında  törədilmiş terror aktı qurbanlarının xatirəsi anılıb.

 

APA-nın xəbərinə görə, oyuna başlamazdan əvvəl hər iki komandaların oyunçuları terror aktının qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. 

 

Qeyd edək ki, iyunun 28-də aeroportda 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR