Bakıda quldurluqla məşğul olan şəxslər tutulub

Bakıda quldurluqla məşğul olan şəxslər tutulub
# 18 noyabr 2014 08:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda quldurluqla məşğul olan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi, Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da saat 20:00 radələrində Neftçilər prospektində yerləşən ticarət və əyləncə mərkəzində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Kənan Bəbirova hədə-qorxu gələrək 10 manat pulunu alıb qaçmaqda şübhəli bilinən, Cəlilabad rayon sakinləri - 1993-cü il təvəllüdlü Tural Abbasov və 1994-cü il təvəllüdlü Niyazi Musayev saxlanılıblar.

Şübhəli şəxslərin ətrafında aparılan ilkin əməliyyat-istintaq tədbirləri müəyyən olunub ki, onlar noyabrın 16-da saat 20:00 radələrində həmin ünvanda Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Adil Mustafayevi də bıçaqla hədələyərək onunda 3 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR