Bələdiyyə sədrini və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başlayıb

Bələdiyyə sədrini və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başlayıb
# 14 iyun 2016 16:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. APA-nın məlumatına görə, iclasda məhkəmə istintaqının başlanması elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. ittihama münasibət bildirən F. Hüseynov özünü qismən təqsirli bildiyini deyib.

Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. Vəfadar Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zamanı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR