Bakıda mənzillərdən oğurluq etməkdə təqsirləndirilən Gürcüstan vətəndaşlarının məhkəməsi başlayıb

Bakıda mənzillərdən oğurluq etməkdə təqsirləndirilən Gürcüstan vətəndaşlarının məhkəməsi başlayıb
# 09 sentyabr 2016 14:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, bu ilin iki ay ərzində Bakı şəhərində 10-a yaxın mağaza və mənzildən oğurluq edən Azərbaycan və Gürcüstan Respublikası vətəndaşlarından ibarət 5 nəfərlik mütəşəkkil dəstə zərərsizləşdirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əvvəllər məhkum olunmuş şəxslər – Gürcüstan vətəndaşları Archil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov və Azərbaycan vətəndaşı Hüseyn Ramazanov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşları təxminən iki ay əvvəl Hüseyn Ramazanovun dəvəti ilə Azərbaycan sərhədini qanunsuz yolla keçərək Bakı şəhərinə gəliblər. Onlar burada cinayətkar dəstə yaradaraq müxtəlif vaxtlarda paytaxtın bir-neçə rayonunda oğurluq cinayətləri törədiblər.

Dəstə üzvlərindən ikisi - Archil Darsalia, Lekso Mosidze Gürcüstan Respublikasında ağır cinayətlər törətdiklərinə görə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışda olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR