Azərbaycanın iri sığorta şirkətlərindən biri nizamnamə kapitalını 10%-ə yaxın artırır

Azərbaycanın iri sığorta şirkətlərindən biri nizamnamə kapitalını 10%-ə yaxın artırır
# 06 aprel 2015 09:18 (UTC +04:00)

Bakı - APA-Economics. Aprelin 2-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "A-Qroup Sığorta Şirkəti" ASC-nin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, səhmlər "A-Qroup Sığorta Şirkəti" ASC-nin hər birinin nominal dəyəri 943 manat olan 7 750 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Beləliklə, şirkətin nizamnamə kapitalı 9,5% artaraq 8 005 750 manat olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR