Kremlin mətbuat katibi: "Ukrayna öz ərazisində ABŞ-ın raket əleyhinə sisteminin elementlərini yerləşdirsə, cavab tədbirlər görüləcək"

Kremlin mətbuat katibi: "Ukrayna öz ərazisində ABŞ-ın raket əleyhinə sisteminin elementlərini yerləşdirsə, cavab tədbirlər görüləcək"
# 20 may 2015 13:11 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinovun müvafiq bəyanatını şərh edərkən bildirib.

"Əgər Ukrayna ABŞ-ın raket hücumundan müdafiə sistemini öz ərazisində yerləşdirməyi planlaşdırırsa, əlbəttə ki, bunu biz tərəfdən mənfi qəbul etmək olar. Ona görə ki, bu Rusiya üçün təhlükə olacaq", - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, A. Turçinov ABŞ hava hücumundan müdafiə sisteminin komponentlərinin Ukrayna ərazisində yerləşdirilməsi ilə bağlı məsləhətləşmələrin keçirilə biləcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR