Azərbaycanda xarici markalı siqaretlər və qara kürü müsadirə edilib

Azərbaycanda xarici markalı siqaretlər və qara kürü müsadirə edilib
# 25 may 2015 14:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda müxtəlif xarici markalı siqaretlər və qara kürü müsadirə edilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əmirov Yadigar Rafail oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq “X-ray” intereskop rentgen aparatından keçirilməsi tələb olunub.

Y. Əmirovun əl yükü rentgen aparatından keçirilən zaman monitorda tütün məmulatlarının təsvirləri əks olunduğundan o, müvafiq qanunvericiliyə uyğun olaraq olan 1 ədəd əl yükü və 2 ədəd baqajının yoxlanılması üçün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı Y. Əmirova məxsus əl yükü və baqajlarından gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 5 adda 470 ədəd müxtəlif xarici markalı siqaretlər və kustar üsulla hazırlanan 3 kq qara kürü aşkar edilib.

Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR