Gəncə şəhər sakinini döyərək, üstünə kimyəvi maddə töküblər

Gəncə şəhər sakinini döyərək, üstünə kimyəvi maddə töküblər
# 27 oktyabr 2015 06:24 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakinini döyərək, üstünə kimyəvi maddə töküblər.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Orxan Qoşqar oğlu Həsənov döyülmə və bədənin müxtəlif hissələrinin yanığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. O. Həsənovun dediyinə görə, o, gecə saatlarında Bakıdan qayıdıb, yaşadığı Yeni Gəncə qəsəbəsindəki binaya daxil olmaq istəyərkən 6 nəfər tanımadığı şəxs onu döyüb və üzərinə yandırıcı kimyəvi maddə töküb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR