Niderland səfiri: “Azərbaycana “know-how” texnologiyasının gətirilməsinə hazırıq”

Niderland səfiri: “Azərbaycana “know-how” texnologiyasının gətirilməsinə hazırıq”
# 06 iyun 2016 17:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ötən ay Azərbaycan İqtisadiyyat Nazirliyində ölkə iqtisadiyyatının diversifikasiyası və müxtəlif imkanların nəzərdən keçirilməsi ilə bağlı uğurlu görüşümüz oldu. Xüsusən südçülük, meyvə-tərəvəz istehsalı, suvarma və peşə təhsili sahəsində Azərbaycana yardım etməklə bağlı razılığa gəldik”.


APA-nın xəbərinə görə, bunu Niderlandın Azərbaycandakı səfiri Robbert Jan Qabrielse bildirib.

Səfir bildirib ki, Niderland şirkətləri Azərbaycanda pendir istehsalı sahəsində layihələr həyata keçirməkdə və bu sahədə Azərbaycana yardım etməkdə maraqlıdır: “Niderland Avropa İttifaqının üzvüdür və biz birbaşa yox, Avropa İttifaqı vasitəsilə yardımlar göstəririk. Texniki yardıma gəlincə, görüşdə qeyd edildiyi kimi, elektron kənd təsərrüfatı layihəsi Azərbaycan üçün çox mühüm layihədir. Bu layihə tam olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Birbaşa Niderlandın Azərbaycana yardım göstərməsi iqtisadi göstəricilərə əsasən mümkün deyil. Biz yalnız aşağı gəlirli ölkələrə yüksək dəstək göstəririk. Azərbaycanı isə orta gəlirli ölkə sayırıq. Avropa İttifaqı çərçivəsində hər bir əməkdaşlığa, təcrübə mübadiləsi, “know-how” texnologiyasının gətirilməsinə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR