Lökbatanda ər arvadını bıçaqlayıb

Lökbatanda ər arvadını bıçaqlayıb
# 23 iyun 2016 23:23 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Qaradağ rayonunda ər arvadını bıçaqlayıb.

APA TV-nin məlumatına görə, hadisə Lökbatan qəsəbəsi Həsənov küçəsində baş verib. 40 yaşlı Nurlana Məmmədova yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı həkimlər Nurlana Məmmədovada iki bıçaq xəsarətinin olduğunu bildiriblər.

Hadisə barədə xəstəxanadan Qaradağ rayon Polis İdarəsinə məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR