Putin və Obama Suriyada yeni əməkdaşlığa dair razılığa gəlməyiblər

Putin və Obama Suriyada yeni əməkdaşlığa dair razılığa gəlməyiblər
# 08 iyul 2016 00:34 (UTC +04:00)

Bakı-APA. ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin iyulun 6-da aralarında keçirilmiş telefon danışığı zamanı Suriyada yeni əməkdaşlığa dair heç bir razılığa gəlməyiblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

O həmçinin qeyd edib ki, Obama Varşavada başlayacaq NATO sammiti çərçivəsində Avropa ölkələrinin liderləri ilə Suriya böhranı, qaçqınlar, Rusiya, Ukrayna və Böyük Britaniyanın Aİ-dən çıxmasına dair məsələləri müzakirə edəcək.

Qeyd edək ki, iyulun 6-da Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə telefonla danışıb.

Məlumata görə, Putin Obamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə keçirilən üçtərəfli görüş barədə məlumatlandırıb, həmçinin Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR