Bank Of Baku

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 08 oktyabr 2026 11:10 (UTC +04:00)

Energetika sahəsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıqda xüsusi yer tutur.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır.

Onun sözlərinə görə, Türkmənistan və Qazaxıstandan hasil olunan neft Azərbaycanın ərazisi ilə nəql edilir və bu daşımaların həcmi artır.

Prezident İlham Əliyev qeyd edib ki, bərpaolunan enerji sahəsində də əməkdaşlıq ardıcıl şəkildə genişləndirilir.

“Biz Qazaxıstan və Özbəkistanla “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində birgə iş aparırıq”, – Prezident bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın geosiyasi əhəmiyyəti yalnız energetika və nəqliyyat sahələrində birgə layihələrlə məhdudlaşmır.

“Ölkələrimizin sülhü, təhlükəsizliyi, siyasi və iqtisadi sabitliyi bütün uğurlarımızın əsası, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı əlaqələrimizin möhkəmlənməsinin təminatıdır”, – Prezident İlham Əliyev deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR