Bakıda və Sumqayıtda piyadaları maşın vuraraq öldürüb

Bakıda və Sumqayıtda piyadaları maşın vuraraq öldürüb
# 21 noyabr 2016 07:56 (UTC +04:00)

Bakıda və Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 19-da saat 19:00 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini İbrahim İbrahimov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən Qubadlı rayon sakini Elçin İbrahimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Elə həmin gün saat 07:00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini Akif Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən paytaxt sakini Fədayə Hacımuradovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR