“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 20 noyabr 2017 06:38 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dünya valyuta birjalarında avro/dollar valyuta cütlüyü qiyməti keçən həftə bahalaşmasını 1.1860$-a kimi davam etdirdikdən sonra yeni həftəyə 1.1722$-a kimi ucuzlaşma ilə başlayıb. Təhlillər isə onu göstərir ki, qiymət 1.1707$-a kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, eniş dalğası 1.1670 və 1.1554$-a kimi də sürətlənə bilər.

Avrozonada inflyasiyanın yenidən zəifləməsi, avronun ucuzlaşmasına təsir edən ən önəmli amillər sırasındadır.

GBP

GBP/USD məzənnəsi də keçən həftə ərzində 1.3260$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Burada da funt sterlinq 1.3169$-a kimi ucuzlaşaraq, sözügedən səviyyənin altında qalarsa, ucuzlaşmas 1.3096 və 1.3026$-a kimi davam edə bilər.

Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 13:30-da İngiltərədə iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli fundamental məlumatların açıqlanması da, investorların diqqət mərkəzindədir.

TRY

Türkiyə maliyyə bazarlarında isə dollar sonuncu dəfə 3.85TL-ə kimi ucuzlaşdıqdan sonra yeni həftənin ilk ticarət sessiyasında 3.87TL-ə kimi bahalaşma ilə başlayıb. Beləliklə, qiymət 3.86TL-nin üzərində qaldıqca, bahalaşmasının 3.89TL-ə kimi də güclənəcəyi proqnozlaşdırılır.

OIL

Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti son bir həftə ərzində 61$-a kimi korreksiya etdikdən sonra yenidən bahalaşmağa başlayıb. 62.34$-a ticarət edilən Brent nefti, gələcək günlər ərzində 63.56 və 64.52$-a kimi də dəyər qazana bilər.

GOLD

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti noyabr ayının əvvəlindən təqribən 1270-1290$ (40.7 - 41.4 $/qram) aralığında ticarət edilib. Lakin cümə günü bu aralığın yuxarı sərhədi qırılmaqla, qızılın qiymətində 1297$-a (41.6 $/qram) kimi sürətli bahalaşma müşahidə edilir və artım dalğasının 1309$-a (42.0 $/qram) kimi də güclənəcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_____________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR