Azərbaycanda qeydiyyata götürülən şəkərli diabet xəstələrinin sayı 2,5 dəfə artıb

Azərbaycanda qeydiyyata götürülən şəkərli diabet xəstələrinin sayı 2,5 dəfə artıb
# 30 dekabr 2019 15:05 (UTC +04:00)

“Hazırda respublikada “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı uğurla icra olunur. Proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb”.

APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin illik hesabatında qeyd olunub. Qeyd edilib ki, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb.

Onlardan 1717 nəfəri 18 yaşadək olan uşaqlardır, 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən aslı olanlardır.

Bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb. Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160 117 ədəd qlukometr aparatı, 581 680 qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları-şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR