2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınıb. Bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.