OMV "Petrol Ofisi"nin satışı ilə bağlı ilk təklifləri alıb

OMV "Petrol Ofisi"nin satışı ilə bağlı ilk təklifləri alıb
# 10 noyabr 2016 07:51 (UTC +04:00)

Avstriyanın OMV şirkəti Türkiyədəki törəməsi olan "Petrol Ofisi" şirkətinin alınması alınması üçün ilk təklifini alıb. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) deyib.

"Strategiyamıza uyğun hərəkət etməyə davam edirik. "Petrol Ofisi"nin satışına dair ilk təklifləri almışıq", - deyə R. Zele bildirib.

Baş icraçı direktor təkliflərin hansı şirkətlərdən daxil olduğunu açıqlamayıb.

Qeyd edək ki, SOCAR "Petrol Ofisi"nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcəyini bildirib. Bunu "Reuters" agentliyinə "SOCAR Türkiye Enerji A.Ş."-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

V. Əliyev əlavə edib ki, "Petrol Ofisi" yayda SOCAR-a informasiya memorandumunu təklif edib. "Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik", - deyə o bildirib.

İdarə Heyətinin sədri detalları açıqlamayıb.

SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.

Cari ilin fevral ayında OMV "Petrol Ofisi"nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, "Petrol Ofisi" OMV-nin yenilənmiş strategiyasına uyğun deyil.

"Petrol Ofisi"nin 1800-ə yaxın YDM-i var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR