Stavropolda 3 silahlı zərərsizləşdirilib - YENİLƏNİB

Stavropolda 3 silahlı zərərsizləşdirilib  - <span style="color: red;">YENİLƏNİB
# 09 dekabr 2017 03:42 (UTC +04:00)

Rusiyanın Stavropol şəhərində 3 silahlı zərərsizləşdirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Stavropol diyarı üzrə İdarəsindən bildiriblər.

“Antiterror əməliyyatı çərçivəsində insanların sıx olduğu yerlərdə terror aktı törətməyi planlaşdıran üç silahlı cinayətkar zərərsizləşdirilib”, məlumatda deyilir. Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, bu gecə Rusiyanın Stavropol şəhərinin bir hissəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.

***

02:06

Rusiyanın Stavropol şəhərinin bir hissəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Stavropol diyarı üzrə İdarəsindən bildiriblər.

Antiterror əməliyyat rejimi Moskva vaxtı ilə saat 00.30-dan etibarən tətbiq edilib. Məlumata əsasən, Stavropol şəhərinin bir hissəsində ictimai asayişin qorunması istiqamətində tədbirlər gücləndirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, antiterror əməliyyatı rejimi terror aktının qarşısının alınması məqsədi ilə tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR