Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yeni istifadəyə verilən dördmərtəbəli kursant yataqxanasının açılışında iştirak edib.
Müdafiə Nazirliyindən APA-ya verilənn xəbərə görə, əvvəlcə nazirliyin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni kursant yataqxanasının açılışını ediblər.
Müdafiə nazirinə məlumat verilib ki, müasir tələblərə cavab verən yeni dördmərtəbəli bina şəxsi heyətin əşyalarının saxlanması üçün anbardan, silah, ideoloji, dəftərxana, məişət və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb.
Müdafiə naziri Azərbaycan Ali Hərbi Məktəbinin yeni kursant yataqxanasının açılışında iştirak edib
28 dekabr 2019 09:37 (UTC +04:00)
Hərbi
Azad edilmiş ərazilərdə daha 159 mina, 380 PHS aşkarlanıb
15:20
29 aprel 2024
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib
10:15
29 aprel 2024
Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO
10:06
29 aprel 2024
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:16
27 aprel 2024