Bu il Naxçıvanda ÜDM istehsalı 1,2% artıb

Bu il Naxçıvanda ÜDM istehsalı 1,2% artıb
# 23 mart 2018 07:38 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 345 mln. 898 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artaraq 763,4 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 168 mln. 409 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2%çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR