"Azərişıq"da ötən rübün yekunlarına həsr olunan iclas keçirilib

"Azərişıq"da ötən rübün yekunlarına həsr olunan iclas keçirilib
# 11 aprel 2017 14:36 (UTC +04:00)

“Azərişıq” ASC-nin sədri Baba Rzayevin sədrliyi ilə 2017-ci ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.


"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, departament direktorları, idarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri və onların strukturuna daxil olan rayon (şəhər) Elektrik Şəbəkələri rəislərinin iştirakı ilə keçirilən iclasda bu ilin birinci rübündə görülən quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən və konkret görüləcək işlərdən danışılıb.

Qeyd edilib ki, son on ildə paylayıcı elektrik şəbəkələrində aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri artıq öz bəhrəsini verməkdədir. Qış aylarının soyuq və sərt olmasına baxmayaraq istehlakçılar elektrik enerjisi ilə tam təmin olunublar. Bildirilib ki, ölkəmizdə quruculuq-abadlıq işlərinin, sosial layihələrin davam etdirilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.

Bir dövlət qurumu olaraq "Azərişıq" da bu istiqamətdə öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir. 2017-ci il "Azərişıq" ASC-də 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilib və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqramının icrasına başlanılıb.

12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan "Azərişıq" uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir. İdman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlərə başlayıb. Bura təkcə idman arenalarını deyil, həmçinin ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir.

Daha sonra cəmiyyətin sədri toplantı iştirakçılarına ayrı-ayrılıqda tövsiyə və tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR