MSK sədri: “Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq”

MSK sədri: “Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq”
# 11 dekabr 2019 16:53 (UTC +04:00)

"Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar olaraq bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq".

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ilin sentyabrından başlanılıb: “Həmin şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin ediləcək. Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR