"Azəravtoyol" 177 yaşayış məntəqəsini əhatə edən yolun tikintisini başa çatdırıb

"Azəravtoyol" 177 yaşayış məntəqəsini əhatə edən yolun tikintisini başa çatdırıb
# 24 oktyabr 2017 08:05 (UTC +04:00)

2017-ci ilin 9 ayı ərzində ölkə başçısının imzaladığı sərəncamlara uyğun olaraq, Azərbaycanın 48 rayonunda 6 respublika əhəmiyyətli, 41 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, bir körpü və yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə tikinti və yenidənqurma işləri davam etdirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin hesabatında deyilir.

"Ümumilikdə isə imzalanan sərəncamlara uyğun olaraq 59 layihənin həyata keçirilməsi, 1,7 milyon nəfər əhalinin yaşadığı 548 yaşayış məntəqəsini əhatə edəcək, onların 1401,1 km uzunluğunda rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və. s) və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək", - deyə məlumatda vurğulanıb.

Hesabat dövründə sərəncamlarda nəzərdə tutulan layihələrdən 24-nün icrası başa çatdırılıb: "Bu imkan verib ki, 177 yaşayış məntəqəsində yaşayan 738,5 min nəfər əhali 445,5 km uzunluğunda rahat, təhlükəsiz avtomobil yollarından istifadə etsin".

Digər layihələr üzrə yol-təmir-tikinti işləri tərtib edilmiş icra qrafikinə uyğun olaraq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR