Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxması barədə məlumat yayılıb

Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxması barədə məlumat yayılıb
# 23 dekabr 2016 13:02 (UTC +04:00)

Liviyaya məxsus təyyarəni qaçıran şəxslər Maltada yerə endikdən sonra sərnişinləri buraxıblar. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “Sky News Arabia” özünün “Twitter” səhifəsində məlumat yayıb. Sərnişinlərin dəqiq sayı göstərilmir. Lakin heyət üzvlərinin hələ də əsirlikdə saxlandığı bildirilir.

Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra o Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla 118 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR