İraq ordusu Telafərin azad edilməsi əməliyyatına başlayıb

İraq ordusu Telafərin azad edilməsi əməliyyatına başlayıb
# 20 avqust 2017 07:49 (UTC +04:00)

Bu gün İraq ordusu Telafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu İraq baş naziri Haydar əl-İbadi bəyan edib.

İraq baş naziri terrorçuların təslim olmaq və ölüm arasında seçim etmək imkanı olduğunu söyləyib.

Qeyd edək ki, türkmən şəhəri olan Telafər 2014-cü ildə İŞİD-in nəzarətinə keçib. Telafər İraqda İŞİD terrorçularının nəzarətində olan son böyük şəhərdir. Telafər Mosulla Suriya sərhədi arasında strateji mövqedə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR