Putin və Ərdoğan Suriyada əldə olunmuş atəşkəs razılaşmasını müzakirə ediblər

Putin və Ərdoğan Suriyada əldə olunmuş atəşkəs razılaşmasını müzakirə ediblər
# 29 dekabr 2016 18:10 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər Suriyada əldə olunmuş atəşkəs razılaşmasını və Astanada keçiriləcək danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər.

Prezidentlər atəşkəs rejiminin İŞİD terror qruplaşmasına şamil edilməməsinə dair razılığa gəliblər.

Tərəflər Suriya hökuməti və mötədil müxalifət arasında Rusiya və Türkiyə vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan məmnun olduqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR