Salyanda “Evrascon” ASC-nin minik avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var

Salyanda “Evrascon” ASC-nin minik avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var
# 19 noyabr 2017 08:03 (UTC +04:00)

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Ələt-Astara magistralının Salyan rayonunun Yenikənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

“Evrascon” ASC-yə məxsus minik avtomobilinin beton dirəyə çırpılması nəticəsində Qəbələ rayon Zarağan kənd sakini 1965-ci il təvəllüdlü Mürvət Bahdur oğlu Nəsibov hadisə yerində ölüb, Biləsuvar sakini, 1993-cü il təvəllüdlü Həsənov İmaməli Xeyrulla oğlu isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR