Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin təqdimatı keçirilib

Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin təqdimatı keçirilib
# 21 oktyabr 2016 10:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Elmin İnkişaf Fondunun yeni internet portalının və fond tərəfindən yaradılmış "e-Qrant" - Qrant Layihələrinin Elektron İdarəolunması Sisteminin eksklüziv təqdimatı olub.


APA-nın məlumatına görə, Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, prezident İlham Əliyev tərəfindən 2009-cu il 21 oktyabr tarixlərində yaradılmış fond ötən 7 il ərzində yüzlərlə elmi-tədqiqat layihəsini maliyyələşdirib, yeni laboratoriyalar yaradılıb, müxtəlif qurumlarda elmi cihaz və avadanlıqlar bazasını ən müasir səviyyədə yeniləyib, nəşrləri maliyyələşdirib.

Eyni zamanda, fond onlarla beynəlxalq və regional konfranslar keçirib, ixtisasartırma proqramlarına qrant ayırıb. Daim öz fəaliyyətini təkmilləşdirən fondun növbəti innovativ yanaşmalarından biri də müsabiqələrdə iştirakın elektron-dövlət prinsipinə uyğun olaraq "e-Qrant" şəklində reallaşdırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR