Paşha Bank
Bank Of Baku

Bakıda qazıntı işləri aparan şəxs çuxura düşüb

Bakıda qazıntı işləri aparan şəxs çuxura düşüb
# 10 dekabr 2021 10:14 (UTC +04:00)

Bakıda qazıntı işlər aparan şəxs çuxura düşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin qazıntı işləri aparılan ərazidə dərinliyi təqribən 5 metr olan çuxura düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub. Xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş çuxurdan çıxarılaraq təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR