Masallı-Yardımlı yolunun çökən hissəsi bərpa olunub

Masallı-Yardımlı yolunun çökən hissəsi bərpa olunub
# 24 aprel 2017 07:55 (UTC +04:00)

İntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi əsaslı şəkildə bərpa olunaraq sürücülərin istifadəsinə verilib.


"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, aparılmış bərpa işləri çərçivəsində uzunluğu 52 metr, eni isə 10 metr olan yolun 0,8 - 1 metr dərinliyinə qədər çökmüş hissəyə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb.

Kipləşdimə işlərindən sonra yola ikiqat olmaqla (7+5 sm) yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə sözügedən hissənin 1 750 kvadratmetr sahəsi asfaltlanıb. Bərpa işləri çərçivəsində zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bununla da, Masallı-Yardımlı yolunun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunub.

Xatırladaq ki, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə hadisəsi 2015-ci ilin sonlarında baş verib. Həmin vaxt sürüşən yola paralel olaraq 400 metr uzunluğunda alternativ yol salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR