Sumqayıtda piyadanı avtomobil vurub

Sumqayıtda piyadanı avtomobil vurub
# 16 dekabr 2019 22:10 (UTC +04:00)

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində yolu keçmək istəyən piyada - 2001-ci cü il təvəllüdlü Əlizadə Şəlalə Vüqar qızını minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 yaşlı qız xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR