Modelin ölümü ilə bağlı başlanan cinayət işi yenilənib

Modelin ölümü ilə bağlı başlanan cinayət işi yenilənib
# 24 oktyabr 2017 10:33 (UTC +04:00)

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işi yenilənib.

Bu barədə APA-ya vəkil İradə Cavadova məlumat verib. Vəkil bildirib ki, ölüm faktı ilə bağlı başlanılan cinayət işi Nərimanov rayon Prokurorluğunun qərarı ilə yenilənib. Cinayət işi yenidən araşdırılacaq.

Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda "Zəfəran" klinikasında iranlı həkim Sirus Qocxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L. Oruclu ölüb. Faktla bağlı başlanılan cinayət işi isə xitam edilib. Prokurorluğun həmin qərarından modelin ailə üzvləri Nərimanov rayon Məhkəməsinə şikayət ediblər. Bundan sonra prokurorluq xitam qərarını ləğv edib və işi yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR