Neft Daşlarında neftçi neftçini öldürüb

Neft Daşlarında neftçi neftçini öldürüb
# 12 dekabr 2017 10:32 (UTC +04:00)

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

SOCAR-dan APA-ya verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR