"Sadovod" bazarındakı azərbaycanlı ticarətçilər: "Mallarımız kül oldu"

"Sadovod" bazarındakı azərbaycanlı ticarətçilər: "Mallarımız kül oldu"
# 25 yanvar 2018 13:40 (UTC +04:00)

Moskvanın "Sadovod" bazarındakı yanğın tam söndürülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarax İliyevin sahibi olduqları bazarda bu gün baş verən yanğın nəticəsində bazarda çalışan həmyerlilərimizə maddi ziyan dəyib.


Bazarın 18-19-cu sıralarında baş verən yanğının digər sıralara keçməsinin qarşısı alınıb. Orada çalışan azərbaycanlı ticarətçilər yanğın nəticəsində böyük maddi zərərə məruz qaldıqlarını söyləyiblər: "Bəzilərimiz mallarını dükandan çıxara bildi. Bəzilərinin isə malları yanıb, kül oldu. Hazırda yanğın söndürülsə də, bazar tüstünün içindədir”.


Dəyən ziyanın miqdarı 10 min dollarlarla ölçülür.

Qeyd edək ki, geyim malları satılan "Sadovod" topdan və pərakəndə satış mərkəzi Moskva dairəvi yolunun kənarında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR