NATO-nun keçmiş baş katibi: “Belarusu müharibə gözləyir”

NATO-nun keçmiş baş katibi: “Belarusu müharibə gözləyir”
# 21 fevral 2019 10:35 (UTC +04:00)

"Əgər rəsmi Minsk islahatlar keçirməsə, Belarusu müharibə gözləyir". ONA-nın məlumatına görə, bu sözləri “Liga.net”-ə müsahibəsində NATO-nun keçmiş baş katibi Anders Fog Rasmussen deyib. O bildirib ki, Rusiya bu ölkəni özünə birləşdirmək istəyir. Keçmiş baş katibin fikrincə, demokratiya və azadlığa yönəlmiş islahatlara başlamaqla Belarus bu təhlükədən qaça bilər: “Yalnız islahatlar bu ölkəni Rusiyanın təcavüzündən qoruya bilər. Mən istərdim ki, Qərb Belarusu daha çox dəstəkləsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR