Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı intihar edib

Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı intihar edib
# 30 yanvar 2017 03:23 (UTC +04:00)

Yanvarın 29-u, axşam saatlarında Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı intihar edib.

APA-nın “nv.ua” saytına istinadən verdiyi xəbərə görə, insident dövlət sirrinin mühafizəsi Departamentinın binası qarşısında qeydə alınıb.

Məlumata görə, Təhlükəsizlik Xidmətinin əməkdaşı özünə odlu silahla atəş açaraq intihar edib. Onun adı açıqlanmır.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR