Rusiyada mikroavtobus qəza törədib,7 nəfər ölüb

Rusiyada mikroavtobus qəza törədib,7 nəfər ölüb
# 26 oktyabr 2016 08:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Moskva vilayətində mikroavtobusun 2 yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, daha 6 nəfər müxtəlif bədən xəsarətləri alıb. İlkin məlumata əsasən 12 sərnişin daşıyan mikroavtobusun sürücüsü “Don” magistral yolunda yüksək sürətlə hərəkətdə olub və nəticədə qəza baş verib. Qəzanın nəticəsinin aradan qaldırılması üçün əraziyə 32 əməkdaş və 11 ədəd texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR